
Kardioloji yanaşma ilə fərdi qidalanma proqramı, laborator analizləriniz və qida vərdişləriniz əsasında.
15 dəqiqə, onlayn. Ödənişsiz və öhdəliksiz.
Məqsədiniz və sağlamlıq vəziyyətiniz müzakirə olunur. Son analizlərinizi əvvəlcədən göndərə bilərsiniz. Görüşün sonunda sizə uyğun proqram izah olunur.
Analizlərinizə və qida vərdişlərinizə uyğun menyu tərtib olunur. Milli yeməklər, o cümlədən plov və çörək, plana daxil edilə bilər. Ehtiyac olduqda qida əlavələri təyin olunur.
Gündəlik qeydlər mobil tətbiqdə aparılır. Hər həftə əlaqə saxlanılır, iki həftədən bir görüş keçirilir. Plan vəziyyətinizə uyğun yenilənir.
12 həftənin sonunda analizlər ilkin göstəricilərlə müqayisə olunur.
Hər pasiyent üçün şəxsi profil yaradılır. Menyu, gündəlik qeydlər və Sevinc xanımın rəyləri orada toplanır.
Qadağa iradəni yorur. Ritm qalır.
Ona görə plan qadağalar üzərində deyil, qida vərdişləriniz üzərində qurulur. Laborator analizlər, qəbul etdiyiniz dərman preparatları və həyat tərziniz nəzərə alınır. Məqsəd təkcə çəkinin normallaşması deyil, laborator göstəricilərin də yaxşılaşmasıdır.

Həkim-kardioloq və diyetoloq
Bəli, video formatında. Azərbaycanda və xaricdə yaşayan pasiyentlər üçün.
Planınız, gündəlik qeydləriniz və görüşləriniz şəxsi tətbiqinizdə toplanır. Sevinc xanım irəliləyişinizi oradan izləyir və hər həftə sizinlə əlaqə saxlayır.
Əsasən Bakı vaxtı ilə axşam saatlarında.
Sevinc xanım məqsədinizi və şikayətlərinizi dinləyir, analizlərinizi qiymətləndirir və sizə uyğun proqramı izah edir. Qərarı siz verirsiniz.
Proqramın tərkibi və qiyməti ilkin konsultasiyada izah olunur. Ödənişi hissə-hissə etmək mümkündür.
Xeyr. Plan qəbul etdiyiniz dərman preparatları nəzərə alınaraq tərtib olunur. Müalicə həkiminizin təyinatları dəyişdirilmir.
Bəli. Dietologiya diplomu yuxarıda təqdim olunub. Tibb diplomunun surətini WhatsApp vasitəsilə göndərə bilərik.
Başqa sualınız varsa, WhatsApp-da yazın.
Onu birlikdə müəyyən etmək üçün 15 dəqiqəlik ilkin konsultasiya kifayətdir.